SON XƏBƏRLƏR

Təbriz Bələdiyyəsi işçilərini ixtisar edir – Səbəb?

2021.10.20, 07:36
 Təbriz Bələdiyyəsi işçilərini ixtisar edir – Səbəb?

Gunaz.tv

GünAz TV: Təbrizin Bələdiyyə İdarəsi son aylarda işə götürdüyü onlarla işçini ixtisar edib.

 

Bir çoxları Bələdiyyə İdarəsinin bu işini, işəgötürmə mafiyasının idarəyə etdiyi gizli təzyiqlərlə əlaqələndirir.

 

GünAz TV mətbuat mərkəzinə daxil olan məlumata görə, cari ilin (hicri-şəmsi təqvimi ilə 1396-cı il) birinci 4 ayında müqavilə əsasında müvəqqəti olaraq işə götürülən işçilər heç bir səbəb olmadan işdən çıxarılıb.

 

İxtisar edilən işçilərin sayı 70 nəfərə çatıb. Onlar Bələdiyyə İdarəsinə bağlı olan “Həmşəhri” Şirkəti ilə müqavilə imzaladıqdan sonra müxtəlif işlərdə çalışıblar.

 

Bəzi məlumatlara görə, bələdiyyə başqanı İrəc Şəhin Baherin göstərişi ilə ixtisar edilən işçilər son bir ayın maaşı ödənilmədən işdən çıxarılıb.

 

İşçilər bu işin arxasında gizli əllərin olduğunu düşünür. Onlar xəbərdarlıq edib ki, bələdiyyə başqanı verdiyi qərara yenidən baxmasa, digər təşkilat və orqanların işçiləri kimi kütləvi etirazlara başlayacaqlar.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar