SON XƏBƏRLƏR

Məşhur azərbaycanlı riyaziyyatçının heykəli ucalıdılıb – Təbrizdə

2021.10.20, 07:36
Məşhur azərbaycanlı riyaziyyatçının heykəli ucalıdılıb – Təbrizdə

Gunaz.tv

GünAz TV: Təbrizin “Fələkeyi Danişqah” Meydanında Azərbaycanın böyük mütəfəkkiri, məşhur riyaziyyatçı professor Möhsün Həştrudinin heykəli uzaldılıb.

 

Təbriz Universitetinin keçmiş rektoru Dr.M.Həştrudi Fransanın Sorbonne Universitetinin məzunu olub.

 

Böyük riyaziyyatçı fəlsəfə, şeir və musiqi kimi elmlərlə də məşğul olub. Ondan müxtəlif mövzuzlarda bir neçə şeir qalıb.

 

Ötən illərdə Həştrud şəhərinin girişində də böyük alimin heykəli ucaldılmışdır.

 

Məşhur riyaziyyatçının atası Şeyx İsmayıl Müctəhid, Məşrutə İnqilabının ən tanınmış simalarından olan Şeyx Məhəmməd Xiyabaninin müşaviri olub.

 

Mərhum M.Həştrudi 1976-cı il sentyabrın 4-də 68 yaşında dünyaya göz yumub, o Tehranın “Beheşt Zəhra” Qəbiristanlığında dəfn olunub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar