SON XƏBƏRLƏR

Təbriz derbisinin qalibi məlum oldu

2021.10.20, 07:36
Təbriz derbisinin qalibi məlum oldu

Gunaz.tv

GünAz TV: Fevralın 7-də Təbrizin səhənd stadionunda bu şəhərin super liqa təmsilçiləri arasında görüş keçirilib.

 

Yerli vaxtla saat 14:15-də başlayan görüşdə Təbrizin “Traxtur” və “Qostəreşe fulad” komandaları üz-üzə gəlib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 23-cü həftəsində keçirilən görüş 2:1 hesabı ilə “Traxtur” komandasının xeyirinə yekunlaşıb.

 

Oyunun 33-cü dəqiqəsində “Qostəreşe fulad”ın oyunçusu Milad Zənidpurun vurduğu qolla hesab açılıb. Ehsan Pəhləvan isə 76-cı dəqiqəqədə hesabı bərabərləşdirib. “Traxtur”a qələbə qazandıran qol oyunun 90+2-ci dəqiqəsində Mehdi Kiyani tərəfindən vurulub.

 

Bu nəticədən sonra “Traxtur” 28 xalla (imtiyaz) turnir cədvəlinin 10-cü, “Qostəreşe fulad” isə 30 xalla 7-ci pilləsində qərarlaşıb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar