SON XƏBƏRLƏR

Azərbaycan Mədəni Universitetinin öyrənciləri türk dili və ədəbiyyatının tədris olunmasını tələb edir

2021.10.20, 07:36
Azərbaycan Mədəni Universitetinin öyrənciləri türk dili və ədəbiyyatının tədris olunmasını tələb edir

Gunaz.tv

GünAz TV: Azərbaycan Mədəni Universitetinin Öyrəncilər Şurası, universitetin rektoruna məktub ünvanlayaraq təhsil müəssisəsində türk dili və ədəbiyyatı fənninin tədris olunmasını tələb edib.

 

Bu barədə məktub 2017-ci il noyabrın 7-də universitetin rektoru cənab Həsən Vəlizadəyə göndərilsə də müraciətin üstündən uzun müddət keçməsinə baxmayaraq öyrəncilərin tələbinə heç bir cavab verilməyib.

 

Məlumata görə, Azərbaycan Mədəni Universitetinin Öyrəncilər Şurası fevralın 8-də ünvanlandığı məktuba məhəl qoyulmamasına öz etirazını bildirib.

 

Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra qəbul edilən İran Konstitusiyasının (Anayasa) 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də tədris olunub və öyrənilməsində hər hansı maneənin olmadığı yazılır. Həmin maddəyə əsasən türk dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlanmalıdır. Lakin məlum olduğu kimi, İranda yaşayan millətlərin ana dillə bağlı hüquqları hətta Konstitusiyada qeyd olunan səthdə belə tanınmır və bununla əlaqədar 15-ci maddə bu günə qədər icra olunmayıb.

 

Hazırda onlarla mədəni fəal ana dilini müdafiə etdiklərinə görə İran zindanlarında məhbus həyatı yaşayır.

 

Hal-hazırda uzun illər mübarizədən sonra yalnız Təbriz, Urmiyə, Marağa və Urmiyənin Texnologiya Universitetlərində türk dili və ədəbiyyatı fənni tədris olunur. Türk dili dərsi öyrəncilər üçün məcburi deyil, buna baxmayaraq çox sayda öyrənci bu dərsliyi könüllü şəkildə seçir.

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar