SON XƏBƏRLƏR

Amerika Suriyada atəşkəsə dair BMT Təhlükəsizlik Şurasının qətnaməsini dəstəkləyəcək

2021.10.20, 07:36
Amerika Suriyada atəşkəsə dair BMT Təhlükəsizlik Şurasının qətnaməsini dəstəkləyəcək

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Birləşmiş Millətlər Təşkilatının ( BMT) Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəsə dair qətnaməni  dəstəkləyəcək.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.
 
“Təhlükəsizlik Şurası atəşkəsə dair qətnaməni qəbul etməlidir. ABŞ Şuranın digər üzvləri kimi sənədi dəstəkləməlidir”, deyə N.Heyli bildirib.
 
Hazırda BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqini nəzərdə tutan, Küveyt və İsveçin (Sued) hazırladığı qətnamə layihəsini nəzərdən keçirir. İsveçin BMT-dəki daimi nümayəndəsi Ulof Skuqun sözlərinə görə, sənədə yaxın günlərdə baxılacaq.


N.S



OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar