SON XƏBƏRLƏR

İranın Həmədan şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Həmədan şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilən daha 1 nəfər, 10 il həbsdə saxlandıqdan sonra edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 2008-ci ildə məişət zəminində baş verən ixtilafdan sonra qətl törətdiyinə görə edama məhkum edilən və həmin vaxtdan həbsdə saxlanılan müttəhim Həmid İmani, martın 1-i sübh saatlarında İranın Həmədan şəhərinin mərkəzi zindanında dara çəkilib. O, qətlə yetirdiyi şəxsin valideynləri onu bağışlamaqdan imtina edərək onun edamına israr etdikdən sonra dara çəkilib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına görə ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar