SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Lətif Həsəni Rəcayişəhr zindanına qayıdıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Lətif Həsəni Rəcayişəhr zindanına qayıdıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Dr.Lətif Həsəni qısa müddətli məzuniyyətdən sonra (murəxəsi) həbs cəzasını çəkdiyi həbxanaya qayıdıb.

 

Novruz bayramı günlərində evə buraxılan fəal iki günlük məzuniyyətdən sonra Kərəcin Rəcayişəhr zindanına dönüb.

 

Azərbaycanlı fəal 2013-cü il fevralın 6-dan həbsdədir, o bu müddətdə iki dəfə qısa müddətli məzuniyyətə çıxıb.

 

Məlumata görə, fəal ötən ilin yaz aylarında 5 günlük məzuniyyətə buraxılmışdır.

 

Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi 2013-cü il aprelin 29-da Lətif Həsəni, Ayət (Yürüş) Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Qulizadəni qanunsuz qrup yaratmaq ittihamı ilə 8 il və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il həbs cəzasına məhkum edib. Toplam olaraq 9 il həbsə məhkum edilən azərbaycanlı fəallardan hazırda təkcə L.Həsəni həbsdədir, digərləri bir neçə il həbsdən sonra sərbəst buraxılıb. L.Həsəninin ailəsinin cəhdləri isə bu günə qədər nəticə verməyib, məhkəmə onun şərti azadlığa buraxılmasını təmin etmir.

 

Güney Azərbaycanın Xalxala şəhərində dünyaya göz açan Dr. Lətif Həsəni politologiya ixtisası üzrə təhsilini başa vurub, o magistr və doktorluq dərəcəsini Bakı Dövlət Universitetindən alıb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar