SON XƏBƏRLƏR

Təbrizdə Şeyx Məhəmməd Xiyabanının başlatdığı qiyamın növbəti ildönümü anılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə Şeyx Məhəmməd Xiyabanının başlatdığı qiyamın növbəti ildönümü anılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Təbrizin Məşrutə Evində toplaşaraq Azərbaycanın tarixi qəhrəmanı Şeyx Məhəmməd Xiyabanının başlatdığı qiyamın 98-ci ildönümü münasibəti ilə mərasim keçiriblər.

 

Aprelin 6-da keçirilən mərasimə bir çox azərbaycanlı fəal, o cümlədən tanınmış fəal Həsən Dəmirçi də qatılıb.

 

Ş.M.Xiyabani 98 il əvvəl mərkəzi Təbriz olmaqla istibdada qarşı bir milli-inqilabi hərəkatın başlanmasına səbəb olmuşdur.

 

Ş.M.Xiyabaninin məzarı Tehranda olduğu üçün fəallar Təbrizdə Məşrutə Evində mərasim keçirməyə qərar veriblər. Məşrutə Evində onu xatırladan təkcə bir əldə toxunma xalça olduğu üçün, fəallar həmin xalçanın önündə xatirə şəkili çəkdiriblər.

 

 

Mərasim iştirakçıları məşrutə inqilabının əsas liderlərindən olan Ş.M.Xiyabaninin əziz xatirəsini böyük ehtiramla yad edib, onun və bütün azərbaycanlıların istibdada qarşı mübarizəsi haqda geniş söhbət aparıblar.

 

Ş.M.Xiyabanının məzarı Tehranda Şah Əbdüləzim qəbiristanlığında Milli Sərdar Səttarxanın məzarının bir neçə metrliyində yerləşir. Hər iki məzar olduqca adi və baxımsız vəziyyətdədir. Bu məzarlar vaxtaşırı inşaat işləri kimi müxtəlif bəhanələrlə təxrib edilir və aşağılanır. Belə faktlara dəfələrlə rast gəlinib, hətta fəalların etirazına da səbəb olub.

 

Azərbaycanlı fəallar uzun illərdir Milli Sərdar Səttarxan və Ş.M.Xiyabaninin məzarını Tehrandan Təbrizə köçürmək istəyir, lakin Tehran rejimi buna imkan vermir.

 

1880-cı ildə Təbrizin Xamenə şəhərində dünyaya göz açan Ş.M.Xiyabani uzun illər mübarizədən sonra 1920-ci il sentyabrın 13-də şəhid olub.

 

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar