SON XƏBƏRLƏR

Təbrizdə daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
Təbrizdə daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, törətdiyi cinayətdən sonra 6 il həbsdə saxlanılan 31 yaşlı Hüseyn Tələti adlı müttəhim, aprelin 17-si sübh saatlarında Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar