SON XƏBƏRLƏR

Kommunist Kubanın ilk qeyri-Kastro prezidenti elan olunub

2021.10.20, 07:36
Kommunist Kubanın ilk qeyri-Kastro prezidenti elan olunub

Gunaz.tv

GünAz TV: Migel Diaz-Kanel Kubanın yeni prezidenti elan edilib. Son 60 ildə İlk dəfədir ki, kommunist adanı Kastrolar ailəsinnin üzvü olmayan şəxs idarə edəcək.

 

Vəzifəyə yeganə namizəd olan 57 yaşlı Diaz-Kanel beş illik dönəmə prezident seçilib. Bu barədə dövlət mətbuatı məlumat yayıb.

 

86 yaşlı Raul Kastro Kommunist Partiyasının rəhbəri olmaqda davam edəcək.

 

Bu addımın Kubada fundamental dəyişikliyə təkan verəcəyi gözlənilmir. Cümə axşamı prezident seçildikdən sonra Diaz-Kanel Kubada “sosialist inqilabı”-nı davam etdirəcəyini deyib.

 

Diaz-Kanelin sosial baxımdan liberal olduğu haqda spekulyasiyalar dolaşır. O, bəzi kubalılar tərəfindən inqilab zamanı döyüşən yaşlı liderləri əvəzləmək üçün məqbul seçim olaraq görülür.

 

"Diaz-Kanel ölkəsi üçün ən yaxşısını edəcək. O, indiyədək yaşadığımız tarixi prosesi davam etdirəcək və bizi hökümətdə yaxşı təmsil edəcək,” deyə Kuba sakini Yaliuska Moran bildirib.

 

Ölkəni 10 il idarə etmiş Raul Kastro Kubada ən güclü şəxsiyyət olaraq qalır.

 

86 yaşlı Kastro Kommunist Partiyasının rəhbəri olmaqda davam edəcək.

 

Kubada çoxpartiyalı seçkilər keçirilmir və Fidel Kastro hakimiyyətə gəldikdən bəri ölkədə Kommunist Partiyası hakimiyyətin bütün qanadlarına nəzarət edir. (Amerikanın səsi)

 

N.S

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar