SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Hüseyn Əsədi vəfat edib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Hüseyn Əsədi vəfat edib

Gunaz.tv

GünAz TV: Onkoloji xəstəlikdən əziyyət çəkən azərbaycanlı milli-mədəni fəal Hüseyn Əsədi vəfat edib.

 

Sulduz şəhərinin “Bigəm Qala” kəndinin sakini aylar sürən xərçəng xəstəliyi ilə mübarizədən sonra ötən günlərdə dünyasını dəyişib.

 

Mərhumun yas mərasimi aprelin 24-də yaşadığı kənddə keçirilib. Mərasimdə çox sayda azərbaycanlı milli-mədəni fəal iştirak edib.

 

 

Fəallar türk dilində banner yazdıraraq mərhumun ailəsinə başsağlığı veriblər.

 

 

GünAz TV rəhbərliyi və kollektivi də öz növbəsində bu ağır itkidən dolayı hormətli Əsədi ailəsi və azərbaycanlı milli-mədəni fəallara başsağlığı verir, yaxınlarına səbr arzulayır.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar