SON XƏBƏRLƏR

Trampla Kim Çen In nə zaman görüşəcək?

2021.10.20, 07:36
Trampla Kim Çen In nə zaman görüşəcək?

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezident Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla iyunda Sinqapurda görüşəcək.

 

"Report"un yaydığı məlumata görə, bunu Cənubi Koreya mətbuatı yazıb. Lakin rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyiblər.

 

Qeyd edək ki, ötən həftə D.Tramp bildirmişdi ki, Kim Çen Inla görüşün tarixi və yeri barədə yaxın günlərdə məlumat veriləcək. 

 

Xatırladaq ki, Şimali Koreya may ayında Punqeri nüvə sınağı poliqonunun bağlayacağına dair öhdəlik götürüb. Cənubi Koreya prezidenti Mun Çje İnlə Kim Çen Inın görüşündən sonra Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməyə başlanacağı bəyan olunub. 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar