SON XƏBƏRLƏR

İranda yaraqlı kürdlərin “Sepah”ın hərbi qərargahına qarşı silahlı hücumunda 11 “Sepah”çı öldürülüb, 8-i yaralanıb

2021.10.20, 07:36
İranda yaraqlı kürdlərin “Sepah”ın hərbi qərargahına qarşı silahlı hücumunda 11 “Sepah”çı öldürülüb, 8-i yaralanıb

Gunaz.tv

GünAzTV: İranın Kürdüstan əyalətinin Mərivan şəhərində “Sepah”ın sərhədyanı hərbi qərargahına qarşı silahlı hücumda 11 “sepah”çı öldürülüb, 8-i müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

 

Hadisə, iyulun 21-i sübh saatlarında baş verib. Gecə saat 00:02-də başlanan qəfil hücum, sübh saat 00:04-ə qədər davam edib və hər iki tərəf arasında davam edən iki saatlıq atışma nəticəsində 11 “Sepah”çı həlak olub, 8-i yaralanaraq xəstəxanalara yerləşdirilib. İran mənbələrinin bildirdiyinə görə ölən və yaralananlar arasında “Sepah”ın nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının üzvləri də var.

 

“Sepah”ın hərbi qərargahına qarşı hücuma keçən naməlum yaraqlı dəstənin hansı kürd təşkilat və ya partiyasına bağlı olması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Bildirilir ki, atışmada bir neçə kürd yaraqlısı həlak olub və ya yaralanıb. Hadisənin detalları mediaya açıqlanmayıb.

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar