SON XƏBƏRLƏR

Divarlara təhsil nazirinin irqçi açıqlamasını pisləyən şüarlar yazılıb – Ərdəbildə / GÖRÜNTÜ

2021.10.20, 07:36
Divarlara təhsil nazirinin irqçi açıqlamasını pisləyən şüarlar yazılıb – Ərdəbildə / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İranın təhsil naziri Məhəmməd Bəthayinin məktəblərdə ana dillərinin tədrisi ilə bağlı irqçi çıxışı Güney Azərbaycanda kəskin etirazlarla qarşılanıb.

 

Son məlumata görə, bu barədə Ərdəbildə divarlara təhsil nazirinin açıqlamasını pisləyən şüarlar yazılıb.

 

Azərbaycanlı gənc fəallar tərəfindən qrafit texnikası ilə yazılan şüarlara şəhərin müxtəlif yerlərində rast gəlinir. “Yaxın gələcəkdə hər kəsin öz sözünü anlaması üçün tərcüməçiyə ehiyacı olacaq! Əlvida ey ana dili!” şüarının məzmunu çoxlarının diqqətini çəkib.

 

Azərbaycanlı fəallar yazdıqları şüarlarla İranda sistemli şəkildə həyata keçirilən irqçi siyasəti kəskin qınayıb,  məktəblərdə türk dilinin tədris olunmasını tələb ediblər.

 

Oxşar şüarlar bundan əvvəl Muğanın Parsabad şəhərində divarlara yazılıb.

 

Ötən günlərdə Güney Azərbaycan şəhərlərində pul əskinaslarının üzərinə “Türk dili bizim qırmızı xəttimizdir” şüarının yazıldığı da bildirilir.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub.

 

Aşağıdakı görüntülər bazar günü GünAz TV-yə göndərilib:

 

 

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar