SON XƏBƏRLƏR

Amerika Türkiyənin iki nazirinə sanksiya tətbiq edib

2021.10.20, 07:36
Amerika Türkiyənin iki nazirinə sanksiya tətbiq edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı amerikalı rahib Endrü Bransonun həbsi və həbsdə saxlanmasında rolu ilə əlaqədar sanksiya tətbiq edib.


Ağ Evin sözçüsü Sara Hakabi Sanders sanksiyaların tətbiqi ilə bağlı dünən keçirilən brifinqdə bildirib.


“Biz rahib Bransonun səhv bir iş gördüyünə dair heç bir dəlil görməmişik və biz onun Türkiyə hökuməti tərəfindən ədalətsiz şəkildə saxlandığına inanırıq”, Sara Hakabi Sanders bildirib. O əlavə edib ki, sanksiyalar prezidenin göstərişi ilə tətbiq edilib.


Bundan bir az sonra isə ABŞ-ın Maliyyə Nazirliyi qərarla bağlı açıqlama yayıb. Açıqlamada amerikalı rahib Endrü Bransonun həbs edilməsi və saxlanması ilə əlaqədar olaraq Türkiyənin nazirlərinə sanksiyaların tətbiq edildiyini bildirilir.


Maliyyə Nazirliyi daxili işlər naziri Süleyman Soylu və Ədalət iki naziri Əbdülhəmid Gülün Bransonun həbsində oynadıqları rolla əlaqədar sanksiyalar siyahısına salındığını bəyan edib.


Qərarla hər iki nazirin Birləşmiş Ştatlardakı hesabları dondurulur.


Maliyyə Nazirliyinin bəyanatında həmçinin hər iki nazirin Türkiyədə insan haqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıdıqları qeyd edilb.


Amerikalı keşiş Endrü Branson Türkiyədə 21 ay həbsdə saxlandıqdan sonra ev dustağı edilib. Branson 20 ildən çoxdur Türkiyədə işləyirdi. Ankara Bransonu 2016-ci il dövlət çevrilişi cəhdinin arxasında olmaqda və PKK-nı dəstəkləməkdə ittiham edir.
Branson bu ittihamları rədd edir. Günahkar tanınsa Branson 35 ilə qədər həbs cəzası ala bilər.


Bransonun işi ABŞ və Türkiyə arasında münasibətlərdə gərginliyin daha da artmasına səbəb olub. (Amerikanın səsi)


N.S
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar