SON XƏBƏRLƏR

Məhəmməd İmami Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb

2021.10.20, 07:36
Məhəmməd İmami Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: İranda keçirilən etirazlar zamanı (dey ayı etirazları) saxlanılan Məhəmməd İmami Mayan Olya həbs cəzasının yarısını çəkdikdən sonra şərti azadlığa buraxılıb.

 

O avqustun 21-də Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılıb.

 

“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, Məhəmməd İmani iyulun 7-də 5 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanında həbs edilib. Təbriz sakini olan Məhəmməd İmaminin “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə”də ittiham olunduğu bildirir.

 

Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi iyunun 6-da Məhəmməd İmami və onunla eyni etirazlarda saxlanılan daha 3 fəalı (Rza Fərrüxi, Siddiq Əlibəyli Zahid və Əmir Səttari) toplam olaraq 26 ay azadlıqdan məhrum edib, qərar sonralar Şərqi Azərbaycan Apelyasiyas Məhkəməsinin 3-cü şöbəsində olduğu kimi qüvvədə saxlanılıb.

 

Adını çəkdiyimiz fəallar etiraz aksiyalarına qatıldıqları üçün yanvarın 1-də təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalanıb, onlar bir gün Ettelaat İdarəsində işgəncələr altında dindirildikdən sonra Təbriz məhkəməsi, oradan isə Təbriz zindanının karantin bölümünə aparılıb. Fəallar 25 gün saxlandıqdan sonra hər biri 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

2017-ci il dekabrın 29-da Məşhədə başlayan etirazlar bir neçə gün ərzində 100-dən çox şəhəri bürüdü. Təhlükəsizlik qüvvələrinin silahlı hücumuna məruz qalan aksiyalarda azı 25 nəfər öldürüldü, təxminən 5 min nəfər saxlanıldı. Saxlanılan etirazçılardan bir neçəsi isə həbsxanalarda işgəncələr altında həlak oldu.

Həmin etirazlarda Təbrizdə saxlanılan bir neçə soydaşımız məhkəmə qarşısına çıxarılaraq həbs cəzası ilə üzləşib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar