SON XƏBƏRLƏR

İŞİD-in 20 min terrorçusu gizli şəbəkəyə çevrilir - BMT-nin baş katibindən ŞOK MƏRUZƏ

2021.10.20, 07:36
İŞİD-in 20 min terrorçusu gizli şəbəkəyə çevrilir - BMT-nin baş katibindən ŞOK MƏRUZƏ

Gunaz.tv

GünAz TV: Gizli şəbəkəyə çevrilən İŞİD terror qruplaşması İraq və Suriyada 20 mindən çox döyüşçüyə malikdir.

 

TASS agentliyi xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quttereşin İŞİD təhdidi haqqında növbəti məruzəsində deyilir.

 

Məruzədə qeyd edilir ki, İŞİD gizli qlobal şəbəkəyə çevrilməkdə davam edir. Bildirilir ki, İraq və Suriyada zəiflədilmiş, amma möhkəm nüvəyə malik təşkilatın Afrika və Yaxın Şərqdəki regional bölmələri, həmçinin Afrika və Asiyaya qayıdan terrorçular və onların ailə üzvləri mürəkkəb problem təşkil edir.

 

BMT-nin qiymətləndirmələrinə görə, İŞİD-in 20 min döyüşçüsü İraq və Suriyada təxminən bərabər bölünüb. Onların sayına bir neçə min xarici döyüşçü daxildir və əvvəlki kimi əhəmiyyətli güc təşkil edir.

 

"İraq və Suriyaya xarici döyüşçülərin axını bütovlükdə başa çatıb , amma onların əks axını ciddi problem olaraq qalır”, - baş katib qeyd edib. publika.az

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar