SON XƏBƏRLƏR

İranda daha 8 nəfər edam edilib, iki müttəhim isə son anda dar ağacından qurtarıb

2021.10.20, 07:36
İranda daha 8 nəfər edam edilib, iki müttəhim isə son anda dar ağacından qurtarıb

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölüm hökmü almış daha 8 məhbus edam edilib, 2 müttəhim isə son anda dar ağacından qurtarıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə görə, müttəhimlər (Rza Qasimi, Zilalzadə, Əmir Əmindoxt, Mahmud Hüseyni, Mehdi Tacik, Əkbər Səlimi, Kazım İbrahimxani və Şəhab Taqızadə) sentyabrın 5-i sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib.

 

Bildirilir ki, eyni ittihamla həmin 8 məhbusla birlikdə edam meydançasına aparılan 2 müttəhim (Aydın Şəriətmədari və Qiblə Əli Pazuki), qətlə yetirdikləri şəxslərin valideynlərinin razılığını alaraq, son anda dar ağacından qurtarıblar. Hər 10 müttəhim, bir neçə gün əvvəl edama hazırlıq məqsədilə həbsxananın təkadamlıq kameralarına köçürülmüşdü.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar