SON XƏBƏRLƏR

İsrail: “Dəməşq hava limanına raket hücumunda İranın “Boeing” təyyarəsi məhv edilib”

2021.10.20, 07:36
İsrail: “Dəməşq hava limanına raket hücumunda İranın “Boeing” təyyarəsi məhv edilib”

Gunaz.tv

GünAzTV: “Ötən axşam Dəməşq hava limanına raket hücumunda İrana məxsus “Boeing” təyyarəsi məhv edilib”. Bu barədə “Əl-Ərəbiyyə” saytı İsrail Dövlət Televiziyasının 2-ci telekanalına istinadən məlumat yayıb.

 

Bildirilir ki, İsrail Dövlət Televiziyasının 2-ci telekanalı sentyabrın 16-da İsrail ordusunun adlarının çəkilməsini istəməyən rəsmilərinə istinadən məlumat yayaraq bildirib ki, Dəməşq hava limanına hücumda, İranın Suriyaya silah daşımış bir “Boeing” təyyarəsi və İrana məxsus silah anbarları məhv edilib. Qeyd olunur ki, hücumda məqsəd, silahların Suriyada İrana bağlı yaraqlı qruplaşmaların, o cümlədən də Livan “Hizbullah”ı qüvvələrinin əlinə çatasının qarşısını almaq olub. 

 

İsrail mediasının yaydığı məlumatda isə bildirilir ki, peyk vasitəsilə çəkilmiş fotolar göstərir ki, İran həmin silah anbarlarının üstünə BMT və bəzi beynəlxalq şirkətlərin logolarını qoymaqla onları İsrailin gözündən gizli saxlamağa çalışıb.

 

Rəsmi Tehran, Suriyada silah anbarlarına edilən hücumla bağlı yayılan məlumatlara hər hansı bir reaksiya verməyib.

 

Xatırladaq ki, İsrailin Dəməşqin beynəlxalq hava limanına qarşı raket hücumu sentyabrın 15-i axşam saatlarında həyata keçirilib. Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatının rəhbəri Rami Əbdülrəhman olaydan az sonra jurnalistlərə açıqlamasında bildirib İsrailin raket hücumunda, İrandan yenicə Dəməşqin hava limanına daşınmış silahlar hədəfə alınaraq məhv edilib.

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar