SON XƏBƏRLƏR

Mayk Pompeo: “İranın Suriyada təhlükəli əməllərinin qarşısı alınmalıdır”

2021.10.20, 07:36
Mayk Pompeo: “İranın Suriyada təhlükəli əməllərinin qarşısı alınmalıdır”

Gunaz.tv

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo sentyabrın 18-də jurnalistlərə açıqlamasında İranın Suriyada cərəyan edən olaylardakı rolundan və onun bu ölkədə atdığı təhrikçi addımlarından və Vaşinqtonun İrana qarşı tətbiqinə başladığı sanksiyalardan danışıb.

 

Suriyada baş verən qarşıdurmaların BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında həllinin tərəfdarı olduğunu vurğulayan Pompeo deyib ki, İranın Suriyada apardığı hərbi siyasəti bölgəyə qarşı ciddi bir təhlükədir: “İranın Suriyadakı təhrikçi əməlləri, onun Suriya ərazisindən istifadə edərək digər yerlərə təhlükəli silah-sursat daşıması dayandırılmalıdır. Hesab edirik ki, İran rejiminin Suriyada həyata keçirdiyi əməllər, bütün regiona qarşı bir təhlükəlidir. Bunun isə qarşısı alınmalıdır.

 

İrana qarşı tətbiq edilən sanksiyalara gəlincə, bildiririk ki, noyabrın 4-dən başlayaraq İranla ticarət əlaqələrinə girən hər kəs, Vaşinqtonun sanksiyalarına məruz qalacaq. Məhz, həmin qadağaları nəzərə alaraq, hazırda bir çox ölkələr İranla iqtisadi əlaqələrini məhdudlaşdırmağa başlayıblar”.

 

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinin satışına sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar