SON XƏBƏRLƏR

“Urmu gölünə yaxın əyalətlərin stadionlarında süni ot örtüklərindən istifadə olunacaq”

2021.10.20, 07:36
“Urmu gölünə yaxın əyalətlərin stadionlarında süni ot örtüklərindən istifadə olunacaq”

Gunaz.tv

GünAz TV: İranın Gənclər və İdman Nazirliyi Urmu gölünə yaxın əyalətlərin stadionlarında süni ot örtüklərindən istifadə olunacağı barədə qərar qəbul edib.

 

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, bu barədə nazirliyin təchizat və projeləri icra edən bölümünün rəsmisi Şahin Dorostkar noyabrın 1-də açıqlama verib.

 

“Urmu gölünə yaxın əyalətlərin stadionlarında gölün bugünkü vəziyyəti və su qıtlığı ilə əlaqədar təbii ot örtükləri süni qazonlarla əvəzlənəcək. Bu barədə artıq Gənclər və İdman Nazirliyi qərar qəbul edib”- deyə o bildirib.

 

Nazirlik rəsmisi ot örtüklərinin dəyişdiriləcəyi tarix və planlaşdırılan layihənin təfərrüatı barədə heç bir məlumat verməyib.

 

Süni ot örtüklərinin müəyyən faydaları olsa da, bu örtüklər keçirilən oyunların keyfiyyətinə mənfi təsir göstərir. Baxmayaraq ki, İranla müqayisədə Avropada istifadə olunan süni ot örtükləri olduqca keyfiyyətlidir, yenə də Avropa ölkələrində süni qazonlardan çox az istifadə olunur. Hətta son vaxtlar İngiltərənin Səhiyyə Nazirliyi süni ot örtüklərindən istifadənin qadağan edilməsi məsələsini gündəmə gətirib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar