SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Qulamrza Rəşidi saxlanılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Qulamrza Rəşidi saxlanılıb

Gunaz.tv

GünAz TV: Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəal Qulamrza Rəşidi saxlanılıb.

 

Fəal oktyabrın 28-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb, lakin bu barədə xəbər yenicə yayılıb.

 

Əldə olunan məlumata görə, Q.Rəşidi yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən ona fiziki güc tətbiq olunub.

 

Hələlik fəalın saxlanma səbəbi və ona qarşı irəli sürülən ittiham və ya ittihamlar haqda heç bir məlumat yoxdur.

 

Q.Rəşidi Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biridir. O apardığı mədəni fəaliyyətlərinə görə ötən illərdə dəfələrlə saxlanılıb və məhkəmə qarşısına çıxarılıb.

 

İran rejimi azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artırıb, son günlərdə bir neçə fəal müxtəlif şəhərlərdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar