SON XƏBƏRLƏR

Güneyli mütəxəssis Türkiyə Milli Xokkey Komandasının baş məşqçi seçilib

2021.10.20, 07:36
Güneyli mütəxəssis Türkiyə Milli Xokkey Komandasının baş məşqçi seçilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlı mütəxəssis qardaş ölkə Türkiyənin Milli  Xokkey Komandasını çalışdıracaq.

 

Bu barədə Rəcəb Nurani ilə Türkiyə Xokkey Federasiyası arasında iki illik müqavilə imzalanıb.

 

Sulduzlu məşhur baş məşqçi salon xokkeyi üzrə Avropa Çempionatında Türkiyə komandasına rəhbərlik edəcək. Çempionat 2019-cü il yanvarın 10-dan başlayaraq 2 həftə davam edəcək.

 

Rəcəb Nurani bundan əvvəl İran milli salon və otüstü xokkey komandasına baş məşqçilik edib. O baş məşqçi kimi müxtəlif yarışlarda bir çox uğurlara imza atıb.

 

Ötən illərdə bir çox güney azərbaycanlı idmançı müxtəlif idman növləri üzrə böyük uğurlara imza atıb. Lakin onların əksəriyyəti dövlət tərəfindən dəstəklənmədiyi üçün fürsət yarandıqda xaric ölkələr, xüsusi ilə də Azərbaycan Respublikası və Türkiyəyə üz tutur və fəaliyyətlərini digər ölkələrdə davam etdirirlər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar