SON XƏBƏRLƏR

Meşginşəhrdə “21 Azər Hərəkatı”nın ildönümü münasibəti ilə braşuralar paylanılıb – GÖRÜNÜB

2021.10.20, 07:36
Meşginşəhrdə “21 Azər Hərəkatı”nın ildönümü münasibəti ilə braşuralar paylanılıb – GÖRÜNÜB

Gunaz.tv

GünAz TV: “21 Azər Hərəkatı” adı ilə tarixə düşən Azərbaycan Milli Hökumətinin yaradılmasının 73-cü ildönümü münasibəti ilə Meşginşəhrdə (Xiyav) braşuralar paylanılıb.

 

Azərbaycanlı fəallar tərəfindən hazırlanan braşuralarda milli mökumətin Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə 1945-ci il dekabrın 12-dən 1946-cı il dekabrın 12-dək etdiyi xidmətlərdən söz açılıb.

 

Milli hökumətin bir il müddətində Azərbaycana gördüyü işlər Pəhləvi rejiminin 20 ilindən çox olub. Qadınlara səsvermə hüququnun verilməsi, Təbriz Dövlət Universiteti və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. milli hökumətin gördüyü işlər sırasındadır.

 

“21 Azər Hərəkatı”nın ildönümü günlərində Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Mərənd, Xoy və s. kimi şəhərlərdə divarlara milli şüarlar yazmaq, bildiriş yaymaq və Güney Azərbaycan Milli Hərəkatının bayrağını dalğalandırmaq kimi bir çox tədbirlər həyata keçirilib.

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar