SON XƏBƏRLƏR

Qoşaçaylı fəallar “Çillə gecə” tədbirlərində azərbaycanlı siyasi məhbusları unutmayıb – GÖRÜNÜ

2021.10.20, 07:36
Qoşaçaylı fəallar “Çillə gecə” tədbirlərində azərbaycanlı siyasi məhbusları unutmayıb – GÖRÜNÜ

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəallar “Çillə gecəsi” münasibəti ilə Güney Azərbaycanın müxtəlif şəhərlərində  müəyyən tədbirlər həyata keçirib.

 

Qoşaçay şəhərində əhali arasında paketlənmiş şiniyyatlar paylandığı bildirilir.

Bu vasitə ilə soydaşlarımızı təbrik edən fəallar Azərbaycanın demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə həbs edilən milli-mədəni fəalları da unutmayıblar.

 

Məlumata görə, paylanılan paketlərə ““Çillə gecəsi” bütün Azərbaycan xalqı və dostaqda olan milli fəallarımız üçün qutlu olsun” sözü yazılmış etiketlər yapışdırılıb. Hər bir fürsətdə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən fəallar, bu şəkildə İran məhkəmələrinin ədalətsiz qərarına öz etirazlarını bildiriblər.

 

 

Ötən günlərdə Güney Azərbaycanın əksər böyük şəhərlərində hazırda məhbus həyatı yaşayan milli-mədəni fəalların azadlığa buraxılmasını tələb edən poster və plakatlar paylanılıb və divarlara müxtəlif şüarlar yazılıb.

 

N.S

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar