SON XƏBƏRLƏR

Mahmud Haşimi-Şahrudinin ölümü barədə xəbərlər yayılıb

2021.10.20, 07:36
Mahmud Haşimi-Şahrudinin ölümü barədə xəbərlər yayılıb

Gunaz.tv

GünAz TV: Bu gün səhər saatlarında İran Ali Məsləhət Şurasının sədri Mahmud Haşimi Şahrudinin ölümü barədə xəbərlər yayılıb.

 

Lakin bu xəbərlər onun yatdığı xəstəxananın baş həkimi tərəfindən təkzib edilib. Baş həkim Şahrudinin ölmədiyini, amma vəziyyətinin ağır olaraq qaldığını bildirib.

 

O, həmçinin Məsləhət Şurasının sədrinin koma vəziyyətində olduğunu və intensiv terapiya şöbəsində müalicə aldığını bildirib.

 

Qeyd edək ki, 1948-ci ildə İraqın Nəcəf şəhərində doğulan Mahmud Haşimi Şahrudi İran və İraq vətəndaşıdır. O, 14 avqust 2017-ci il taxidində dini lider Əli Xamneyi tərəfindən bu vəzifəyə təyin edilmişdi.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar