SON XƏBƏRLƏR

Kastro Kubanın Amerika ilə xoş münasibətlərə hazır olduğunu bildirib

2021.10.20, 07:36
Kastro Kubanın Amerika ilə xoş münasibətlərə hazır olduğunu bildirib

Gunaz.tv

GünAz TV: Kuba Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Raul Kastro Kuba inqilabının 60-cı ildönümü münasibəti ilə tədbirdə ölkənin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə hörmətə əsaslanan münasibətlərə hazır olduğunu bildirib.

 

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

 

"Bizi güc və təhdid dili qorxutmur. Xalqın birliyi - bu dağılmaz reallıqdır. Bu gün biz inqilabı müdafiə edən xalqıq. Amma mən ABŞ-la sivil və hörmətcil münasibətlərə hazırlığımızı vurğulayıram", - deyə Kastro bildirib.

 

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Kubaya qarşı ticarət sanksiyalarının 2019-cu ilin 14 sentyabrınadək uzadılması barədə qərar qəbul edib. Ağ Ev başçısı bununla yanaşı, embarqonun yumşaldılması imkanını da saxlayıb.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar