SON XƏBƏRLƏR

Abbas Lisani sərbəst buraxılıb, o Təbriz və Ərdəbildə fəallar tərəfindən qarşılanıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Abbas Lisani sərbəst buraxılıb, o Təbriz və Ərdəbildə fəallar tərəfindən qarşılanıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani yanvarın 7-də müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Fəal 10 aylıq həbs cəzasının icrası dayandırıldıqdan bir gün sonra mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azad edilib.

 

Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi yanvarın 6-da fəalın müvəqqəti azadlığa buraxılması üçün 1 milyard rial dəyərində mülki vəsiqə qərarı çıxarıb.

 

Tanınmış fəal sərbəst buraxıldıqdan sonra o Təbriz əhalisi və fəallar tərəfindən qarşılanıb. Fəallar onu Ərdəbilə yol saldıqdan sonra o bu şəhərdə də yerli əhali tərəfindən böyük sevinclə qarşılanıb. Bir çox milli fəal isə Abbas Lisaninin evinə gedərək onunla görüşüb və söhbət ediblər.

 

Abbas Lisani yanvarın 5-də Ərdəbildə evindən iş yerinə gedərkən İnqilab Məhkəməsinin hökmləri icra edən şöbəsinin məmurları tərəfindən saxlanılıb və 10 aylıq həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanına aparılmışdır. Azərbaycanlılar fəal tutulduğu gündən etirazlara başladılar.

 

Tanınmış fəal məhkəmə prosesi, hökmün məzmunu və onun elan olunması tərzinə etiraz etdikdən sonra yanvarın 6-da həbs hökmünün icrasının dayandırıldığı barədə qərar verilib.

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar