SON XƏBƏRLƏR

Amerika Mərziyə Haşimi qarşı heç bir ittiham irəli sürməyib

2021.10.20, 07:36
Amerika Mərziyə Haşimi qarşı heç bir ittiham irəli sürməyib

Gunaz.tv

GünAz TV: Amerika Federal Polisi (FBİ) məhkəmədə Mərziyə Haşimiyə qarşı heç bir ittiham irəli sürülmədiyini, onun bir cinayət işinin əsas şahidi olduğuna görə həbs edildiyini bildirib.

 

“Reuters” agentliyinin məlumatına görə, onun şahidlik edəcəyi cinayət işi Amerika qanunlarının pozulması ilə bağlıdır.

 

ABŞ federal qanunlarına əsasən, bir şəxs müəyyən cinayət işi ilə bağlı şahid kimi sayıldığı təqdirdə, prosesdən yayındığına görə məhkəmədə şahidlik edəcəyi günə qədər həbs oluna bilər.

 

Xatırladaq ki, bir neçə gün öncə İranın “Press TV” kanalının əməkdaşı, əslən amerikalı olan Mərziyə Haşimi ABŞ-da həbs edilmişdi. Onun nə üçün həbs edildiyi açıqlanmırdı. Dünən keçirilən məhkəmə prosesindən sonra onun həbsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Mərziyə Haşimi əslən amerikalıdı və onun adı Melanie Franklindir.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar