SON XƏBƏRLƏR

Ağ Evdən Türkiyə ilə bağlı kritik qərar – Tramp onların satışına qadağa qoydu

2021.10.20, 07:36
Ağ Evdən Türkiyə ilə bağlı kritik qərar – Tramp onların satışına qadağa qoydu

Gunaz.tv

GünAz TV: Rusiyanın S-400 HHM sistemini iyul ayında Türkiyəyə təhvil verəcəyi dəqiqləşəndən sonra Amerika Birləşmiş Ştatları (ABŞ) son günlərdə rəsmi Ankaraya hədələyici mesajlar göndərirdi.

 

Avropa.info xəbər verir ki, “S-400 alsanız F-35 təyyarələrinin satışını qadağan edərik” mesajı göndərən Ağ Ev bu yöndə ilk addımını atıb. ABŞ prezidenti Donald Tramp F-35 hərbi təyyarələrinin Türkiyəyə satışını dayandıran qanun layihəsini imzalayıb.

 

Qanun layihəsinə görə, ABŞ Dövlət Departamenti və ABŞ Müdafiə Nazirliyi Türkiyənin Rusiyadan S-400 HHM sistemləri alması ilə bağlı ortaq hesabat hazırlayacaq. Hesabatda bu sistemlərin alınmasının nə cür təhdidlər ortaya çıxara biləcəyi göstəriləcək. Hesabat 1 noyabr 2019-ci ilə qədər hazırlanmalıdır. Bu tarixədək F-35 təyyarələrinin Türkiyəyə satışına qadağa qoyulur.

 

İsrail mətbuatı ABŞ-ın Türkiyəyə F-35 satışını tamamilə dayandıracağı halda İsrail dövlətinin verilən sifarişləri almağa hazır olduğunu iddia edib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar