SON XƏBƏRLƏR

İranın Qürvə rayonunda 600-dən çox insan dondurulmuş ətdən zəhərlənib

2021.10.20, 07:36
İranın Qürvə rayonunda 600-dən çox insan dondurulmuş ətdən zəhərlənib

Gunaz.tv

GünAz TV: İranın Kürdüstan əyalətinin azərbaycanlılar yaşayan Qürvə rayonunda 600-dən çox insan dondurulmuş ətdən zəhərlənib.

 

Rayon xəstəxanasının yaydığı məlumata görə, ötən 2 gün ərzində ümumilikdə 600-dən çox insan oxşar şikayətlərlə xəstəxanaya müraciət edib. Müayinələr nəticəsində onların hamısının dövlət müəssisələri tərəfindən satışı həyatə keçirilən dondurulmuş ətdən zəhərləndikləri müəyyən edilib.

 

Bu məlumatdan sonra rayonda dövlət müəssisələri heç bir açıqlama vermədən, satış nöqtələrindən dondurulmuş ətləri yığışdırmağa başlayıblar.

 

Qeyd etmək lazımdır ki, İranda son bir neçə ay ərzində kəskin ət qıtlığı yaşanmaqdadır. Bu isə öz növbəsində ətin qiymətinin kəskin yüksəlməsinə səbəb olub. Digər tərəfdən isə, təqribən 1 ay öncə Məşhəddə it əti satan mağaza aşkar edilmişdi. Ət qıtlığı yaşanan dövrdə insanlara mənşəyi məlum olmayan ət məhsulları satılması istisna deyil.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar