SON XƏBƏRLƏR

Əhməd Xatəmi: “İranda şad və xoşbəxt abu-hava hökm sürür və buna görə dövlət televiziyasına minnətdaram”

2021.10.20, 07:36
Əhməd Xatəmi: “İranda şad və xoşbəxt abu-hava hökm sürür və buna görə dövlət televiziyasına minnətdaram”

Gunaz.tv

GünAz TV: Tehranın bu həftəki cümə namazının xətibi Əhməd martın 22-də cümə namazından əvvəl hazırda İran xalqı arasında “şad və xoşbəxt abu-hava”nın hökm sürdüyünü iddia edib.

 

Əhməd Xatəmi çıxışı zamanı İranın “dini lideri” Əli Xamneyinin Novruz bayramı ilə bağlı etdiyi çıxışında Qərb əleyhinə səsləndirdiyi fikirləri öyüb. O, liberal demokratiya əleyhinə fikirlər səsləndirərək, kapitalizm quruluşunun “çökməkdə olduğu”nu deyib.

 

Xatəmi hazırda İranda “şad və xoşbəxt ab-hava”nın hökm sürdüyünü bildirib və dövlət televiziyasına xalq arasında bu “şadlığ”ı yaratdığı üçün təşəkkür edib. Axund həmçinin bu “şadlığ”ın əbədi olmasını istəyib.

 

Qeyd etmək lazımdır ki, Qərb dəyərləri əleyhinə danışan və İran rejiminin “şad mühit” olduğunu vurğulayan Əhməd Xatəmi bu “şadlığ”ın nələrdən ibarət olduğunu açıqlamayıb. Mövcud reallıqlar isə vəziyyətin tam əksinə olduğunu göstərir. Hazırda İranda kəskin iqtisadi böhran, ağır həyat şəraiti, ərzaq qiymətlərinin bahalaşması, əmək haqları və təqaüdlərin verilməməsi və son günlərdə bütün ölkə boyu yaşanan ət qıtlığı fonunda əhali nəinki şad və xoşbəxt deyil, eləcə də gələcəyə ümidsizdir.

 

Digər tərəfdən, 156 ən xoşbəxt ölkə içərisində İran 106-cı yerdə qərarlaşıb, hansı ki, Avropa və Qərb ölkələri bu siyahıya başçılıq edirlər.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar