SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Babək Vəlipur saxlanılıb – Tehranda

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Babək Vəlipur saxlanılıb – Tehranda

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Babək Vəlipurun Tehran şəhərində saxlandığı bildirilir.

 

Hadisə mayın 25-də baş versə də bu barədə yenicə xəbər yayılıb.

 

Məlumata görə, Babək Vəlipur Ettelaat əmədaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Bu barədə etibarlı bir mənbə GünAz TV-yə məlumat verib. “Babək Vəlipurla Yaşar Nikru görüşməli idi. Lakin Babək görüşə bir gün qalmış Tehran Ettelaat İdarəsinin əməkdaşları tərəfindən tutuldu. Bir gün sonra isə Yaşar Nikru Rəşt şəhərində yaxalandı.”- deyə o bildirib.

 

Qeyd edək ki, Yaşar Nikru iyunun 11-i çərşənbə axşamı günü sərbəst buraxılıb. Fəal mayın 26-da yaxalanıb, saxlandığı müddətdə onun vəziyyəti və harada saxlandığı barədə heç bir xəbər olmayıb.

 

Babək Vəlipur və Yaşar Nikru “Türkmən səhra” bölgəsində sel baş verdiyi zaman digər azərbaycanlı milli fəallarla birlikdə təbii fəlakət bölgəsinə gedib, onlar yardım etmə prosesində aktiv iştirakçılardan olublar.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar