Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Kürd partiyası yenidən Azərbaycana qarşı torpaq iddiası irəli sürdü
CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib
Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Pezeşkian Ermənistana səfər edib
Həmədanda onlarla tələbə zəhərləndi
Məşhədə Azərbaycana qarşı aksiya keçirilib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu və ilk demokrtaik Azərbaycan Cümhuriyyətinin banisi olan M.Ə.Rəsulzadənin zəngin irsi ilə tanış olduqca maraqlı məqamlarla rastlaşmaq mümkün olur.Onun İranla, Güney Azərbaycanı ilə əlaqəli yazıları, Səttar xan inqilabı dövründə(məşrutə inqilabı - 1905-1911) İranda olması və “İrani-Nov”(Yeni İran) qəzetini nəşr etməsi bir daha sübut edir ki, o güneyli-quzeyli Azərbaycanın ideoloji lideridir və bu mərtəbəyə digər kimsə hələ ucala bilməyib.Bunu nəzərə alıb M.Ə.Rəsulzadənin Güney Azərbaycanla bağlı olan əsərləırindən bəzi seçmələri oxucuların diqqətinə çatdırıram.
Nəsiman Yaqublu
Tarix elmləri doktoru.
Azərbaycan türkləri
“...Bəli, türklər də gərək olsun. Çünki Qafqaz vilayətlərində fəhləlik və hamballıq etməklə kəsb-ruzi edən iranlıların əksəri Azərbaycan türkləridir ki, burada Rusiya fəhlələri arasında işləməklə, yoldaşlıq təsiri olaraq, hürriyyət və fədakarlıq işlərinə alışmışlar!
“İran bahadırları türklərdir” – demək İran inqilabının əsası ilə, əsasi-elmiyyəsi ilə isbat edilmiş bir həqiqətdir ki, bu barədə heç danışıq belə olmaz”.
“Təkamül” qəzeti, 17 fevral 1907- il, N9.
İki Azərbaycan həsrəti
“Mərənd...
Nə gözəl, nə şairanə bir bucaq! Qovaqlar uzanaraq, asimanə baş qalxızmış, meyvədar ağaclar böyük bir vüqar ilə fikrə dalmışlar...
Ah, əgər bu təbiət, bu hava, bu şənlik, bu şəfa, bu məlahət, bu səda Bakıda olaydı, yaxud Bakı burda olaydı!..”
“Tərəqqi” qəzeti, 4 iyun 1909-cu il, N122.
Güney Azərbaycanı – İran türkləri
“İran türkləri başlıca Azərbaycanda sakin olarlar. İran Azərbaycanı İranın şimal tərəfində mövcuddur və İranda mövcud səkkiz əyalətin ən mühümüdür. Talış kimi bəzi ormanları və Muğan səhrasının İran qismi istisna edilirsə, Azərbaycan ələl-ümum dağlıqdır. Bu dağlardan ən mühümləri Savalan, Səhənd, Qaradağ silsilələridir. Ərdəbil qəzasında olan Savalan dağı 4725 metr yüksəkliyindədir. Bu qitə dağlıq olmaqla bərabər əkinçiliyə əlverişli, münbit torpağı çoxdur, havası saf və sağlamdır...”
“Azərbaycanın mərkəzi əyaləti Təbriz və məşhur şəhərləri də bunlardır: Ərdəbil, Urmiya, Xoy, Dilman (Səlmas), Maku, Sulduz (Sulduz ərazisi Osmanlı dövləti ilə İran arasında mübahisəli nahiyələrdir), Marağa Xalxaldır.
Əhalinin böyük qismi ziraət və ticarətlə məşğul isələr də Şahsevən, Qaracadağlı, Çələbiyan və Xəmsə elləri kimi bir qisim də köçəri halında və çobanlıq ilə keçirirlər”.
“İran türkləri və İran türklüyü deyildiyi vaxt xatirə ələl-əksər Azərbaycan gəlir. Halbuki, 3 milyon türkdən təqribən iki bucuq milyonu ehtiva edən bu qitədən başqa İranın sair yerlərində, hətta irani-qədimin mərkəzi olan Şiraz ətrafında belə türklər vardır. Bunlar ədədləri 350 mini təcavüz edən qaşqailərdir ki, bir əsirət halında yaşarlar”.
“Türk daha mətindir”
“İran türkü, başqa türk qardaşı kimi bir az mühafizəkardır. Azərbaycanlı bir türk, şirazlı bir farsdan daha təəssübkeşdir, türk, fars qədər azad fikirli deyil, fəqət onun qədər əzimsiz və laübali(səhlənkar) deyildir. Türk daha mətin və daha səbatkardır(sabit,mətanətli)”.
Təbriz-Azəri türkləri
“Təbriz İran inqilabının atəşlər yağdıran bir mənbəyi idi. Azəri türklərindən təşəkkül edən hürriyyət mücahidləri bütün İran zülmət pərəstanına qarşı mərdanə köks gərmiş, dayanmışdır. İranın ənvar və niyazisi Səttar xan ilə Bağır xanın komandası altında Təbrizin on bir aylıq bir mühasirəyə qarşı göstərdiyi qəhrəmanlıqların öylə şanslı səhifələri vardır ki, bu bahadır türklərin iranlılar arasında “övladı-qəyuri Azərbaycan” – deməyə təməyyüz(fərqlənmə) etmələri pək haqlıdır”.
“Türk Yurdu” jurnalı, N4, 1911; N2, 6, 9, 10, 12/24 1912-ci il.
“Səttar Xan”
“Teleqraf məşhur Səttar Xanın vəfatı xəbərini gətirdi. Son zamanlar Səttar Xan unudulmuşdu. Artıq adı dillərdə dastan deyildi.
Fəqət bir vaxt vardı ki, bu ism günün mövzusunu təşkil edirdi. Avropa qəzetləri belə Səttar Xan ismini Qaribalda ilə bərabər tutuyorlardı. İştə bu vaxtilə İran Qaribaldisi olan zat ölmüşdür...
Millətin bətnindən yetişmiş olan bu qəhrəman hər nə qədər avamlığı cəhətindən onun-bunun intriqalarına qurban oluyordusa da, fitrətən bir çox məziyyətlərə malik idi.
...Mərhumla ilk dəfə Təbrizdə görüşdük...
“...Səttar Xan İran tarixi – təcəddüdünün (yenilənmə,təzələnmə) unudulmaz bir simasıdır”.
“İqbal” qəzeti, 10 noyabr 1914-cü il, N786.
Şəhriyarın “Heydər Babaya salam” əsəri haqqında
“Heydər Babaya salam” əsərində şair bir dağ çevrəsində keçən uşaqlıq xatirələrini canlandırır. “Dağ yanından saf və aydın” bir su duruluğuyla axan və Azərbaycan ləhcəsindəki təbirlərin “bütün lətafətini” ustaca lətif edən bir üsulla Şəhriyar illərdən bəri könlündə bəslədiyi həsrəti, məşuquna ermiş (çatmış)bir aşıq hərarətiylə tərənnüm edir.
Məşhur saz şairlərinin qullandıqları cana sinən bir ahənglə yazılan “Heydər Baba” 76 bənddən ibarətdir. Bu bəndlər təbiətin kənd həyatının uşaqlıqda oynanan oyunların, xalq əyləncələrinin bayram və matəm günlərinin, adət və ənənələrinin, yaz-qış həyatdakı bütün hadisələrin birər canlı tablosunu verirlər. Bu tabloları təsvirdə qullanılan insanın xalq ağzında söylənən sadə, fəqət canlı kəlmələrlə təşəkkül etməsi, ona ayrı bir gözəllik və ifadə qüdrəti bəhs edir. Şair xalqın danışdığı dili elə axıcı bir şeir dili halına gətirir ki, bunu oxuma-yazması olmayan bir kəndli anladığı kimi, ədəbi zövqü incəlmiş hər hansı bir aydın da böyük bir həzz ilə oxuyur və gerçək bir sənət əsərindən duyacağı həyəcanı duyar...
...Təbriz poçtunun yetirdiyi bu xariqə əsərin Azərbaycan ədəbiyyatında bir hadisə təşkil etdiyi bizcə şübhəsizdir. Zəngin Azərbaycan ədəbiyyatı ənənələrində hadisə və mərhələ təşkil edən əsərlər az deyildir, fəqət bunlardan xüsusilə, son illərdəki ədəbi həyatda görünənlər arasında heç biri “Heydər Baba” qədər canlı, qanlı və bir baxıma, hətta deyə bilərsiz ki, milli deyildir.
“Heydər Baba”da xalq yaradıcılığının gerçək qaynaqlarından feyz alan, folklorumuzun bütün gözəllik və zənginliklərini özündə əks etdirən səmimi, təbii bir şeir çeşidi var. Çağdaş ədəbiyyat anlamına mütabiq (ardınca gələn) olan bu parlaq əsər, milli yaradıcılıq qüdrətini təmsil edən bir əzəmət və ehtişamdadır!
Farscanın fəsahət və bəlağətinə məcbur olub illərcə ana dilini yadırğamış ikən azərbaycanlı sənətkarın, derkən, bu qədər milli bir şeir yazması yaşadığımız günlərin ən böyük hadisəsidir!”
“Azərbaycan” jurnalı. Ankara, yıl:4, sayı: 4-5 (40-41), iyul-avqust 1955-ci il.
“Azərbaycan” jurnalı. Ankara, yıl:4, sayı: 6-7 (42-43), sentyabr-oktyabr 1955-ci il.
Təbriz-Azəri türkləri
“Təbriz İran inqilabının atəşlər yağdıran bir mənbəyi idi. Azəri türklərindən təşəkkül edən hürriyyət mücahidləri bütün İran zülmət pərəstanına qarşı mərdanə köks gərmiş, dayanmışdır. İranın ənvar və niyazisi Səttar xan ilə Bağır xanın komandası altında Təbrizin on bir aylıq bir mühasirəyə qarşı göstərdiyi qəhrəmanlıqların öylə şanslı səhifələri vardır ki, bu bahadır türklərin iranlılar arasında “övladı-qəyuri Azərbaycan” – deməyə təməyyüz(fərqlənmə) etmələri pək haqlıdır”.
“Türk Yurdu” jurnalı, N4, 1911; N2, 6, 9, 10, 12/24 1912-ci il.
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Milli fəal müvəqqəti azadlığa buraxıldı
Urmu gölündə turist axını davam edir
Mirsəlim: İranın nefti Allahın və Peyğəmbərin malıdır
Kremldən ŞOK AÇIQLAMA: Putin Trampa İRANIN SÜLH ŞƏRTLƏRİNİ təqdim etdi
Traxtur üzvləri Omana çatmaq üçün 18 saat yolda olublar
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Riyad hava limanının fəaliyyəti raket hücumundan sonra dayandırılıb; onlarla nəfər yaralanıb
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
İran Türkiyədən elektrik enerjisi almağa çalışır
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
İranda daha otuz tələbə cəzalandırıldı
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi