SON XƏBƏRLƏR

İranda 5,2 bal gücündə zəlzələ olub

2021.10.20, 07:36
İranda 5,2 bal gücündə zəlzələ olub

Gunaz.tv

GünazTV: Avqustun 4-dən 5-nə keçən gecə, saat 00:21 radələrində İranın Kohkiluye və Boyerəhməd əyalətində Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ olub.

 

 İran Seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, Çeram şəhərinin 18 kilometrliyində baş verən zəlzələ yerin 10 km dərinliyində qeydə alınıb. Zəlzələ, Doqonbədan, Dehdəşt və əyalətin digər şəhərlərində, eləcə də Xuzistan əyalətinin Behbəhan şəhərində hiss olunub. Zəlzələ həmçinin Gəçsaran-Çeram maqistral yolunda dağ uçqununa, yolların bağlanmasına səbəb olub.

 

Yayılan ilkin məlumatlara əsasən, zəlzələ nəticəsində ən azı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir çox evlərdə çatlar əmələ gəlib. Zəlzələnin ciddi dağıntılara səbəb olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb. Bölgəyə xilasedicilərin cəlb edildiyi bildirilir.

 

 

A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar