SON XƏBƏRLƏR

Əli Şəmxani: “Nüvə sazişini imzalağımız səhv addım idi”

2021.10.20, 07:36
Əli Şəmxani: “Nüvə sazişini imzalağımız səhv addım idi”

Gunaz.tv

GünazTV: İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani avqustun 20-da Amerikanın NBC telekanalına müsahibəsində nüvə sazişindən (“Bərcam”dan) və Tramp hökumətinin İrana qarşı tətbiq etdiyi sanksiyalardan danışıb.

 

Şəmxani deyib ki, 2015-ci ildə ölkədəki bəzi rəsmilər nüvə sazişinə qol çəkməyi səhv addım kimi qiymətləndirirdilər: “Mən özüm də həmin şəxslərdən biri olmuşam. Şəxsən hesab edirəm ki, bizim nüvə sazişini imzalağımız səhv idi. Mən millətin bu barədəki fikir və mülahizələrini izləyir, onları olduğu kimi əks etdirirəm.

 

Amerikanın ölkəmizə qarşı tətbiq etdiyi sanksiyalara gəlincə, bu qadağaların ölkəmizə və millətimizə təsiri olmayıb. Siz Tehran küçələrinə getsəniz insanların necə biz sevinc və fərəh içində olduğunu görəcəksiniz. Paytaxt küçələrində və Tehran bazarındakı mövcud ab-hava və atmosfer isə Tramp hökumətinin bizə qarşı qoyduğu sanksiyaların məğlubiyyətə uğradığını göstərir.

 

Bir daha bildiririk ki, biz, hər hansı bir təzyiq altında Amerika ilə yenidən nüvə danışıqlarına başlamayacaq, müzakirə masasına qayıtmayacağıq. Həmçinin əgər Amerika ilə İran arasında müharibə baş versə, islam respublikası Amerikaya qarşı təmsilçi müharibə aparmaq sahəsindəki imkanlarından bəhrələnəcək” –deyə İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani əlavə edib.

 

Qeyd edək ki, Əli Şəmxani Amerika sanksiyalarının təsirsiz qaldığını bildirdiyi bir halda, İranın gündəli neft ixracatının həcmi 2 milyon 500 min bareldən 11 min barelə düşüb. Bu isə İranın illik neft gəlirlərindən 53 milyard dollar itirməsi deməkdir. Bundan başqa, Amerika dollarının məzənnəsi isə qara bazarda ötən illə müqayisədə dörd dəfə artıb. Ölkəni ağır iqtisadi böhran bürüyüb.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar