SON XƏBƏRLƏR

3 Avstraliya vətəndaşı İranda həbs edilib

2021.10.20, 07:36
3 Avstraliya vətəndaşı İranda həbs edilib

Gunaz.tv

GünAz TV: Avstraliyanın 3 vətəndaşının İranda həbs edilməsi barədə xəbərləri bu ölkənin Xarici İşlər Nazirliyi təsdiq edib.

 

Bir neçə gün öncə Avstraliya mətbuatında 2-si qadın, 1-i kişi olmaqla, 3 vətəndaşın İrana etdikləri səfər zamanı bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanması barədə məlumatlar yayılmışdı.

 

XİN xəbərləri təsdiqləyib və daha çox açıqlama verməyib. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, saxlanılan vətəndaşların ailələrinə konsul xidməti göstərilib.

 

Saxlanılan qadınlardan biri İngiltərənin Kembric Universitetinin tələbəsidir. Digər qadın isə turistik bölgələr haqqında materiallar hazırlayan bloqqerdir və o, öz sevgilisi ilə Asiya turuna çıxıbmış.

 

Hər iki qadının Britaniya vətəndaşlığı da var, kişi isə yalnız Avstraliya vətəndaşıdır. Onların uzun müddətdir həbsdə olduğu deyilir.

 

Qeyd etmək lazımdır ki, İran tez-tez digər ölkələrin vətəndaşlarını saxta ittihamlarla həbs edərək, onlardan siyasi sövdələşmələrdə təzyiq göstərmək üçün girov kimi istifadə edir.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar