SON XƏBƏRLƏR

Mərənddə Azərbaycan kuboku uğrunda at yarışları keçirilir

2021.10.20, 07:36
Mərənddə Azərbaycan kuboku uğrunda at yarışları keçirilir

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Əyalətinin Mərənd şəhərində “Azərbaycan kuboku” uğrunda at yarışları keçiriləcək.

 

Bu barədə Mərənd Gənclər və İdman İdarəsinin rəisi Əmir Hüseyn Fəqihi sentyabrın 11-də Şərqi Azərbaycan Atçılıq Heyətinin rəisinin də iştirak etdiyi tədbirdə danışıb.

 

“Bu yarışlar əyalət səviyyəsində 40, 60 və 80 kilometr məsafələrdə keçiriləcək. Belə yarışlar ilk dəfədir ki, Mərənd şəhərində keçirilir. Ona görə də bütün aidiyyatı orqanlar lazımi dəstəyi verməlidir.”- deyə o bildirib.

 

Mərənd Gənclər və İdman İdarəsinin rəisi “Azərbaycan kuboku” çərçivəsində keçiriləcək yarışların sentyabrın 13-ü Mərəndin Kövsər Atçılıq Mərkəzində baş tutacağını deyib.

 

Şərqi Azərbaycan Atçılıq Heyətinin rəisi Məhəmmədəli Cavidi isə yarışların keçirilməsindən məqsəd atçılığın inkişaf etdirilməsi olduğunu bildirib. O vurğulayıb ki, yarışlar düzgün təşkil olunarsa, Mərəndin ölkə üzrə keçirilən yarışlara ev sahibliyi etməsi üçün şərait yaranacaq.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar