SON XƏBƏRLƏR

Bəhruz Mehdəvi: "Təbrizin dövlət idarələri ölkənin baş idarələrinin alt kateqoriyasından çıxarılmalıdır"

2021.10.20, 07:36
Bəhruz Mehdəvi: "Təbrizin dövlət idarələri ölkənin baş idarələrinin alt kateqoriyasından çıxarılmalıdır"

Gunaz.tv

GünAz TV: Təbrizin icra hakimi Bəhruz Mehdəvi şəhərin dövlət idarələrinin İranın baş idarələrinə tabeçilikdən çıxarılmasını istəyib.

 

O, şəhərdə dövlət idarələrinin idarəetmə formasını tənqid edib və bildirib ki, Təbrizin idarələri də digər əyalətlərdə olduğu kimi, icra hakimiyyəti tərəfindən idarə edilməlidir.

 

“Təbrizdə əyalətin ümumi əhalisinin yarısından çox, yəni təqribən 1 milyon 500 min nəfər insan yaşayır. Buna baxmayaraq, şəhərin əksər rəsmilərinin səlahiyyəti yoxdur”- deyə icra hakimi əlavə edib.

 

O vurğulayıb ki, Təbrizin əhalisinin sayı nəzərə alınaraq, bu şəhərdə müstəqil orqanlar təşkil edilməlidir.

 

Qeyd etmək lazımdır ki, İran rejimi Təbriz şəhərinə qarşı irqi ayrıseçkilik siyasəti yürüdür. İqrçi İran rəsmiləri şəhərdə ictimai, siyasi və mədəni fəaliyyətləri öz istəklərinə uyğun tənzimləməyə çalışırlar.

 

Rejim tikinti və infrastruktur layihələrinə pul ayırmamaq, şəhərlərdə investisiya proyektləri icra etməmək, Urmiya gölünün bərpasına etinasız yanaşmaq, istehsal müəssisələri, əl sənayesi, bağçılıq təsərrüfatları, mədənlər və kənd təsərrüfatına yardım göstərməmək kimi addımlarla Təbriz də daxil olmaqla, Güney Azərbaycan bölgələrini iqtisadi baxımdan zəiflətməyə çalışır.   

 

Ə.A

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar