SON XƏBƏRLƏR

Zəncan Əyaləti Ticarət Palatasının rəisi saxlanılıb

2021.10.20, 07:36
Zəncan Əyaləti Ticarət Palatasının rəisi saxlanılıb

Gunaz.tv

GünAz TV: Zəncan Əyaləti Ticarət palatasının rəisi və İran Ticarət Palatasının idarə heyətinin üzvü Qulamhüseyn Cəmili saxlanılıb.

 

“Moc Rəsa” saytı onun maliyyə pozuntuları, əxlaqi məsələlər və Ticarət Palatasında rəsmi postlar üçün keçirilən səsvermələrdə qanun pozuntusuna yol verdiyinə görə saxlandığını ehtimal edir.

 

Məlumatda bildirilir ki, Qulamhüseyn Cəmilinin bundan əvvəl villalar tikdirmək, 150 saxta ticarət kartından istifadə etmək və daha bir ittihamla bağlı məhkəmə işləri olub.

 

Zəncan Əyalətinin rəsmiləri hələlik bu barədə heç bir açıqlama verməyib.

 

Avqust ayında Zəncan Əyalətinin iki millət vəkili (Fridun Əhmədi və Məhəmməd Əzizi) valyuta bazarında pozuculuq yaratmaq ittihamı ilə saxlanmışdır. Onlar 10 milyard tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar