SON XƏBƏRLƏR

Güney Azərbaycanın müstəqilliyi ilə bağlı stadionda qaldırılan bannerdə yazılıb: Çexoslovakiya yoxsa Yuqoslaviya? – VİDEO

2021.10.20, 07:36
Güney Azərbaycanın müstəqilliyi ilə bağlı stadionda qaldırılan bannerdə yazılıb: Çexoslovakiya yoxsa Yuqoslaviya? – VİDEO

Gunaz.tv

GünAz TV: Noyabrın 1-də Təbrizin səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” komandası arasında keçirilən görüşdə çoxlu milli şüarlar səsləndirilib və bir neçə banner nümayiş etdirilib.

 

“Traxtur” tərəfdarlarının nümayiş etdirdiyi bannerlər arasında türk və ingilis dillərində yazılan bir banner xüsusi diqqət çəkib. Həmin bannerdə böyük hərflərlə yazılıb: “Seçim sizinlədir: Çexoslovakiya yoxsa Yuqoslaviya?”

 

Çexoslovakiya 1992-ci il dekabrın 31-də dinc bir şəkildə Çexiya və Slovakiya respublikalarına bölündü. Bu gün Çexiya Şərqi Avropada ən inkişaf etmiş ölkələrindən biridir.

Yuqoslaviyada isə müstəqillik tələb edən etniklərə qarşı zorakılıq tətbiq olundu. 1989-cu ildə proseslərə başlanılan Yuqoslaviyada ölkədaxili savaş başladı və soyqırım aktı törədildi. Sonda ölkə 7 müstəqil ölkəyə parçalandı.

 

Soydaşlarımız nümayiş etdirdikləri bannerlə İran rejimi və Azərbaycan türk millətinə Güney Azərbaycanın müstəqilliyi ilə bağlı ciddi mesaj veriblər.

 

https://www.youtube.com/watch?time_continue=1&v=Pi1IBUsIvvM

 

https://www.youtube.com/watch?time_continue=45&v=zX7dt540ags

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar