SON XƏBƏRLƏR

Mark Milley: “İranın nüvə məsələsinin diplomatik yolla həll olunacağına ümid edirik”

2021.10.20, 07:36
Mark Milley: “İranın nüvə məsələsinin diplomatik yolla həll olunacağına ümid edirik”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları ordusunun baş qərargah rəisi Mark Milley İranın nüvə məsələsi ətrafından aparılan diplomatik danışıqların problemi həll edəcəyinə ümidvar olduğunu deyib.

 

O, eyni zamanda ABŞ-ın öz lazım gəldiyi təqdirdə, özünün və müttəfiqlərinin mənafeyini hərbi yolla qorumaq üçün regionda kifayət qədər hərbi potensiyalının olduğunu bildirib.

 

General İranı inqilabdan sonra ötən 40 il ərzində region və dünya üçün əsas problemlərdən biri adlandırıb.

 

Mark Milley Yaxın Şərq regionun müharibə alovunda yandığını qeyd edərək, rəsmi Vaşinqtonun yeni bir müharibəyə başlamaq niyyətinin olmadığını deyib.

 

“Hərbi variant İrandan asılıdır, yəni bu ölkənin bizim və müttəfiqlərimizin mənafeyini hansı səviyyədə pozmasından”,- deyə general fikrini tamamlayıb.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar