SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Yaşar Piridən yeni xəbər var

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Yaşar Piridən yeni xəbər var

Gunaz.tv

GünAz TV: Noyabrın son günlərində saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Yaşar Piri Təbrizin Mərkəzi Zindanının karantin bölümündən “Sepah”ın təcridxanasına köçürülüb.

 

Əldə etdiyimiz məlumata görə, azərbaycanlı fəal noyabrın 27-də Təbriz “Sepah”ının Kəşfiyyat Bölümünün təcridxanasından bu şəhərin mərkəzi zindanına aparılmışdır. Onun naməlum səbəbdən yenidən “Sepah”ın təcridxanasına qaytarıldığı bildirilir.

 

Yaşar Piri noyabrın 17-də, İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları günlərində qardaşı Ruzbeh Piri ilə birlikdə Təbrizdə saxlanılıb. “Sepah” əməkdaşları məhkəmə hökmü təqdim etmədən fəalları yaxalamışdır.

 

Piri qardaşları güney azərbaycanlı milli-mədəni fəallardandır. Onlar Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar