SON XƏBƏRLƏR

Livan “Sepah”a bu ölkənin ərazisindən İsrailə qarşı istifadə etmək niyyətinə görə etiraz edib- FOTO

2021.10.20, 07:36
Livan “Sepah”a bu ölkənin ərazisindən İsrailə qarşı istifadə etmək niyyətinə görə etiraz edib- FOTO

Gunaz.tv

GünAz TV: Livanın Müdafiə Naziri İlyas Bou Saab “Sepah” terror təşkilatının komandanının müşaviri Murtuza Qurbaninin son çıxışını kəskin tənqid edib.

 

O, Qurbaninin sözlərini Livanın suverenliyinə qarşı hörmətsizlik və müdaxilə adlandırıb.

 

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının müşavirinə aid edilən fikirlər həqiqətən onun dilindən səsləndirilibsə,  bu sözlər təəssüf verici və qəbuledilməzdir. Bu fikirlər İran İslam Respublikası ilə dostluq münasibəti olan Livanın suverenliyinə qarşı hörmətsizlik və müdaxilədir. Livanın seçim azadlığına kiminsə hansısa formalarda zərbə vurmasına əsla icazə verməyəcəyik”, - deyə İlyas Bou Saab əlavə edib.

 

 

Xatırladaq ki, Murtuza Qurbani ötən gün etidiyi çıxışda bildirmişdi ki, “İsrail xəta etsə, İrandan raket atmağa ehtiyacımız olmayacaq, elə Livanın ərazisindən bu ölkəni raket atəşinə tutacağıq”.

Livanın Müdafiə Naziri İlyas Bou Saab Hizbullahın müttəfiqi olan prezident Mişel Aunun müttəfiqlərindən biridir.

 

Digər tərəfdən, İsrailin Müdafiə naziri İsrail Katz da Qurbaninin fikirlərinə reaksiya verib. O bildirib ki, “İsrail ayətullahların qətliam etdiyi müdafiəsiz etirazçı xalq deyil”. Katz həmçinin Hizbullahın baş katibi Həsən Nəsrullahı İranın “kukla”sı adlandırıb.

 

 

“Biz İrana nüvə silahı əldə etməyə imkan verməyəcəyik, bu istiqamətdə lazım olarsa, hərbi varianta əl atacağıq”, - deyə İsrailin Müdafiə naziri fikrini tamamlayıb.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar