SON XƏBƏRLƏR

Fransanın Xarici İşlər naziri Fəriba Adilxah və Rolan Marşalın həbsini “dözülməz” adlandırıb

2021.10.20, 07:36
Fransanın Xarici İşlər naziri Fəriba Adilxah və Rolan Marşalın həbsini “dözülməz” adlandırıb

Gunaz.tv

GünAz TV: Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian Fransa-İran vətəndaşlığı olan tədqiqatçı Fəriba Adilxah və onun sevgi münasibəti yaşadığı fransalı araşdırmaçı Rolan Marşalın həbsini “dözülməz” adlandırıb.

 

O hər iki elm adamının heç bir cinayət işləmədiyini və buna görə də, İranın onları azad etməklə, effektiv addım atacağını deyib.

 

Paris Siyasi Elmlər Araşdırmalar İnstitutunun araşdırmaçısı Fəriba Adilxah İrana gəldikdən sonra, 7 iyun 2019-cu ildə öz evində “Sepah”ın Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdi.   

 

Afrika ölkələri üzrə mütəxəssis olan Rolan Marşal da İrana Fəriba Adilxahla görüşmək üçün etdiyi səfər zamanı “Sepah” tərəfindən tutulmuşdu.

 

Digər tərəfdən, Fəriba Adilxahın vəkili Səid Dehqan yanvarın 22-də öv müvəkkilinin Rolan Marşalla görüşünə icazə verilmədiyi üçün Evin həbsxanasının qadınlar bölməsinin giriş qapısı ağzında oturaq aksiya keçirdiyi barədə məlumat yaymışdı. Vəkil həbsxana işçilərinin buna səbəb kimi cütlüyün rəsmi nikahının olmamasını əsas gətirdiklərini bildirmişdi.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar