SON XƏBƏRLƏR

Malidə Fransa hərbçiləri tərəfindən 30-dan çox terrorçu öldürülüb

2021.10.20, 07:36
Malidə Fransa hərbçiləri tərəfindən 30-dan çox terrorçu öldürülüb

Gunaz.tv

GünAz TV: Fransa hərbçilərinin Malidə keçirdikləri əməliyyat nəticəsində Əl-Qaidə və İŞİD terror təşkilatı ilə əlaqəsi olan 30-dan çox yaraqlı öldürülüb, bir neçə nəqliyyat vasitələri məhv edilib.


APA-nın məlumatına görə, bu barədə Fransa Silahlı Qüvvələri məlumat yayıb.

 

Bildirilib ki, Gourma və Liptako bölgələrində iki gündə davam edən hərbi əməliyyatlar 3 ayrı plan üzrə həyata keçirilib.

 

Əməliyyatlar zamanı Fransaya məxsus dronlar, döyüş təyyarəsi və iki helikopter havaya qaldırılıb.

 

Qeyd edək ki, Fransa Silahlı Qüvvələrinin sözügedən bölgədə 4500 hərbçisi var. BMT-nin isə bu ölkədə 13 min nəfərlik sülhməramlısı mövcuddur.

 

Ə.A

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar