SON XƏBƏRLƏR

Ruhani: “Qasım Süleymani istəsəydi, Amerika generallarını asanlıqla öldürə bilərdi, lakin bunu etmədi”

2021.10.20, 07:36
Ruhani: “Qasım Süleymani istəsəydi, Amerika generallarını asanlıqla öldürə bilərdi, lakin bunu etmədi”

Gunaz.tv

GünazTV: İran prezidenti Həsən Ruhani fevralın 10-da Tehranda xarici səfirlər və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşündə, Amerikanın regiondakı hərbi qüvvələrindən və “Sepah” terror təşkilatının “Qüds” briqadasının 40 gün əvvəl Bağdadda öldürülmüş komandanı Qasım Süleymanidən danışıb.

 

O deyib ki, Qasım Süleymani regionda “sülh və sabityi bərqərar etmək” niyyətində idi: “Əgər Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani Amerika generallarını öldürmək istəsəydi, bunu Əfqanıtanda, İraqda və regionun digər yerlərində asanlıqla edə bilər, onları öldürə bilərdi. Lakin o heç vaxt bunu etmədi. O, sadəcə olaraq regionda sülh və sabitliyin bərqərar olunmasının tərəfdarı idi” -deyə, İran prezidenti Həsən Ruhani Tehrandakı xarici səfirlər və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə etdiyi çıxışında bəyan edib.

 

Xatırladaq ki, yanvarın 3-ü, saat 02:00-da Bağdadın hava limanı yaxınlığında “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymani, Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumunda məhv edilib.

 

Qeyd edək ki, əlləri İran və region xalqlarının on minlərlə vətəndaşının və yüzlərlə amerikalı əsgərin qanına batan Qasım Süleymani, dünyanın ən təhlükəli və rəhimsiz terror başçılarından biri kimi tanınır.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar