SON XƏBƏRLƏR

İran Yazıçılar Dərnəyi ölkədəki qeyri-fars dillərinin bugünkü vəziyyətə düşürülməsini qınayıb

2021.10.20, 07:36
İran Yazıçılar Dərnəyi ölkədəki qeyri-fars dillərinin bugünkü vəziyyətə düşürülməsini qınayıb

Gunaz.tv

GünAz TV: İran Yazıçılar Dərnəyi Beynəlxalq Ana Dili Günü münasibəti ilə bəyanat yayaraq İranda qeyri-fars dillərinin bugünkü vəziyyətə düşürülməsini sərt şəkildə qınayıb.

 

Bəyanatda fars dilinin digər dillərə hakim kəsilməsi tənqid olunub.

 

“Dil yalnız irtibat qurmaq vasitəsi deyil. Dil həm də fikir və hisslərin daşıyıcısıdır. Ona görə də ana dillərini sıradan çıxarmaq əhalinin hissiyatını görməzdən gəlmək deməkdir.

Fars dilini ölkədəki digər dillərin üzərində toxmaq kimi tutmaq, mədəniyyətlərarası dialoqu məhv edir. Bununla da bəşərin mədəni irsi məhv olur və insan haqları pozulur.

İranda ana dilindən istifadə etməyi qəsdən məhdudlaşdırmaqla yanaşı bu istiqamətdə fəaliyyət göstərənləri qondarma ittihamlarla məhkəmə qarşısına çıxarırlar. Son vaxtlar ana dili uğrunda fəaliyyət göstərən 4 fəal toplam olaraq 8 il həbs və 8 il sürgün cəzasına məhkum edilib. “Farsca yetərlilik testinin” tətbiq edilməsi kimi layihələr də əhali arasında ayrı-seçkiliyi daha da artırır.

İran Yazıçılar Birliyi inanır ki, ölkədə müxtəlif dillərin inkişaf etməsi əhali arasında birliyin güclənməsinə səbəb olar. Ana dilinin əhəmiyyətini vurğulayaraq Beynəlxalq Ana Dili Gününü təbrik edirik.”- deyə bəyanatda qeyd olunub.

 

Qeyd edək ki, bir müddət əvvəl güney azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlı 2016-cı ildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimə qatıldıqları üçün toplam olaraq 8 il həbs və 8 il sürgün edilmə qərarı ilə üzləşiblər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar