SON XƏBƏRLƏR

İranda daha bir "ayətullah" koronavirusdan ölüb

2021.10.20, 07:36
İranda daha bir "ayətullah" koronavirusdan ölüb

Gunaz.tv

GünAz TV: "Ayətullah" Möhsün Həbibi koronavirusdan ölüb.

 

Yerli media orqanlarında yayılan məlumat görə, o, bir müddət əvvəl xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilibmiş. Lakin həmin xəbərlərdə "ayətullah"ın hansı xəstəlikdən əziyyət çəkdiyi qeyd edilməyib.

 

Lakin xaricdə fəaliyyət göstərən media qurumları etibarlı mənbələrə istinadən 81 yaşlı Möhsün Həbibinin koronavirusa yoluxduğunu və bu xəstəlikdən öldüyünü bildirirlər.

 

Möhsün Həbibi bir neçə il idi ki, Müctəhidi dini mədrəsəsinin rəhbəri vəzifəsində çalışırdı.

 

Son günlər ərzində İranda bir neçə rəsminin koronavirusa yoluxduğu və ya bu xəstəlikdən öldüyü barədə məlumatlar yayılır.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar