SON XƏBƏRLƏR

Qərbi Azərbaycan sərhədində silahlı qarşıdurma- Sərhədçi öldürüldü

2021.11.06, 10:53
Qərbi Azərbaycan sərhədində silahlı qarşıdurma- Sərhədçi öldürüldü

Gunaz.tv

İran Sərhəd Xidməti Komandanlığının verdiyi xəbərə görə, Qərbi Azərbaycan sərhəddində silahlı qarşıdurma zamanı bir sərhədçi silahlı qruplaşma üzvləri tərəfindən öldürülüb.

Məlumatda insidentin noyabrın 5-i, səhər saatlarında Qərbi Azərbaycan əyalətinin Sərdəşt bölgəsində baş verdiyi qeyd olunub.

Məlumata görə, sərhədçi Rza Hidayəti güllə yarası aldıqdan sonra xəstəxanaya çatdırılıb.

Lakin yaralı sərhədçinin həyatını xilas etmək mümkün olmayıb.

Silahlı qarşıdurmanın hansı qruplaşma ilə baş verdiyi barədə heç bir məlumat verilməyib. 

C.E
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar